İtaliyanın İrandakı səfirliyi Bakıdan fəaliyyət göstərəcək
İtaliya Tehrandakı səfirliyini müvəqqəti bağlayıb, diplomatik missiya fəaliyyətini Bakıdan davam etdirəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani bəyan edib.
Onun sözlərinə görə, səfirliyin təxminən 50 əməkdaşı artıq Azərbaycan sərhədini keçib.
"Təhlükəsizlik məqsədilə İtaliyanın Tehrandakı səfirliyini bağladıq. İtaliyanın İrandakı səfirinin rəhbərliyi ilə təxminən 50 italyandan ibarət qrup artıq Azərbaycanla sərhədi keçib. İranda qalan italyanların və milli maraqlarımızın müdafiəsi üçün Tehranla diplomatik münasibətləri saxlamağa davam edəcəyik. Səfirlik fəaliyyətinə Bakıdan davam edəcək", - Tayani vurğulayıb.
Daha əvvəl İtaliyanın İrandakı səfiri Paola Amadei və diplomatik nümayəndəliyin əməkdaşlarının İrandan Azərbaycan vasitəsilə təxliyə olunduğu bildirilmişdi.
Oxşar xəbərlər
Prezidentin səfəri Naxçıvanın ölkə inkişafında mühüm yer tutacağına işarədir
Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı səsləndirdiyi fikirlər bölgənin qarşıdakı dövrdə də Azərbaycanın iqtisadi və regional inkişafında mühüm yer tut...