Şirvan-Salyan avtomobil yolunun tikintisinə 10 milyon manat ayrılıb
05
apr
2018
19:10
Azərbaycan prezidenti İlham Əliyev Şirvan-Salyan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.BAKU.WS-in məlumatına görə, 122 min nəfərdən artıq əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Şirvan-Salyan avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 10 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.BAKU.WS
Oxşar xəbərlər
Tovuz şəhərinin su təchizatının yaxşılaşdırılmasına 14 milyon manat ayrılıb
Azərbaycan prezidenti İlham Əliyev Tovuz şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.BAKU.WS-in məlumatına...