İranın hücumundan sonra Azərbaycana dəstək nümayişi
İran ərazisindən buraxılan pilotsuz uçuş aparatlarının Naxçıvan ərazisindəki obyektlərə hücumu dünya birliyi tərəfindən narahatlıqla qarşılanıb və pislənilib.
BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
Belə ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng edərək məlum hadisəyə qəti etiraz bildirib. Belə hücumların qəbuledilməz olduğu diqqətə çatdırılıb.
Qardaş ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında isə bildirilib ki, Türkiyə bundan sonra da həmişəki kimi Azərbaycanın yanında olmağa davam edəcək.
Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayev də Ceyhun Bayramovla telefon danışığında bu hücumlardan dərin narahatlığını ifadə edib, vəziyyətin daha da gərginləşməyəcəyinə ümidvar olduğunu bildirib.
Həmçinin Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili zəng edərək baş vermiş hadisə ilə bağlı narahatlığını ifadə edib və regionda sabitliyin və təhlükəsizliyin qorunmasının vacibliyini qeyd edib.
Oxşar xəbərlər
İran Naxçıvana etdiyi hücumu kimin boynuna atır?
İranın xarici işlər naziri ilə Azərbaycanın xarici işlər naziri arasında telefon danışığı olub. İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, Silahlı Qüv...