İran Prezidenti Azərbaycana səfərə dəvət olunub
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı Səfirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Görüş zamanı Hikmət Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və ölkəmizə səfərə dəvətini Məsud Pezeşkiana çatdırıb.
İran Prezidenti göstərilən diqqətə görə minnətdarlığını bildirib və öz salamlarını İlham Əliyevə çatdırmağı xahiş edib.
İran İR Prezidenti cənab Məsud Pezeşkian Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevi qəbul edib.
— Azerbaijan Emb.🇦🇿 to Iran (@AzEmbIran) February 2, 2025
Görüşdə H.Hacıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmimi salamlarını və ölkəmizə səfərə dəvətini İran Prezidentinə çatdırıb.
1/2 pic.twitter.com/nHheILpZD2
Oxşar xəbərlər
Şəhidlərin xatirəsi anılıb
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Məmmədov Zamin Allahverdi oğlu və Məmmədli Murad Teymurşah oğlunun xatirəsinə həsr olunan an...