İran bu qorxaq əməlinə görə peşman olacaq - VACİB AÇIQLAMA

İran bu qorxaq əməlinə görə peşman olacaq - VACİB AÇIQLAMA
Siyasət 705

"Azərbaycan illər ərzində aydın yanaşma ortaya qoydu ki, regional aktorlarla əməkdaşlıq, münasibətlərin qonşuluq prinsipinə sadiq qalaraq yürüdülməsi əsas xəttimizdir".

Bunu BAKU.WS-ə açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.

Onun sözlərinə görə, Azərbaycan nəinki İran, bütövlükdə heç bir ölkə üçün təhlükə mənbəyi olmayıb:

"Bundan öncə də, indi də Azərbaycan tərəfindən heç bir ölkəyə qarşı təhlükə riski olmayıb və yoxdur. Eyni yanaşmanı Azərbaycan İrana münasibətdə də sərgilədi. Lakin molla rejimi illər ərzində nankorluq və riyakarlıq nümayiş etdirdi. Müharibə başlayan kimi Azərbaycan öz ərazisindən təhlükəsiz keçidi təmin etdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev İranın Ali Liderinin ölümü ilə bağlı başsağlığı verdi, İranın Azərbaycandakı səfirliyində oldu. Bu, dövlət əxlaqı deməkdir. Hətta Azərbaycan İrana humanitar yardım göndərməyi də planlaşdırırdı.

Azərbaycan hər zaman açıq siyasət nümayiş etdirib. Molla rejimi isə əksinə riyakər siyasət yürüdüb. Azərbaycan dar günündə hər zaman qonşularına dəstək olub. Bu gün İran müharibənin arealını genişləndirməyə, Azərbaycanı proseslərin içinə daxil etməyə çalışır ki, bu, son dərəcə yanlış addımdır. İran tərəfinin Naxçıvan ərazisində mülki obyekti, mülki vətəndaşların istifadə etdiyi hava limanını hədəf seçməsi molla rejiminin nankorluğu deməkdir. Bu, həm də dinc sakinlərə və mülki infrastruktura qarşı terror kimi dəyərləndirilməlidir. Bunun başqa bir adı yoxdur. Bu həm də mövcud rejimin acizliyi və qorxaqlığı anlamına gəlir. Bu günə qədər Azərbaycana əl uzadan, dil uzadan, hücumlar təşkil edən hər bir tərəf peşman olub, İran da bu qorxaq əməlinə görə peşman olacaq".

Son xəbərlər