"iPhone 12" Fransada qadağan edildi - SƏBƏB
Yeniliklərdən dərhal xəbərdar olun
Fransada "iPhone 12"nin satışı elektromaqnit şüalanması səbəbi ilə dayandırılıb.
BAKU.WS-in xarici mətbuata istinadən məlumatına görə, bu barədə Fransanın rəqəmsallaşma və telekommunikasiya naziri Jan-Noel Barrot məlumat verib.
Elektron cihazların insanlara yaydığı elektromaqnit dalğalarının miqdarına nəzarət edən ANFR-nin verdiyi açıqlamaya görə, 141 telefon modeli üzərində edilən nəzarətlərdə "iPhone 12"lərin Avropada icazə verilən radiasiya miqdarını keçdiyi müəyyən edilib.
Belə ki, Avropada bir telefon cibdə və ya əldə tutulduqda radiasiya miqdarının 4W/kq olması tələb olunduğu halda, ANFR "iPhone 12"də bu miqdarın 5,74 Vt/kq olduğunu açıqlayıb.
Oxşar xəbərlər
Astronomlar kainatın "arxa fon uğultusunun” dəlillərini təqdim ediblər
Dünyanın müxtəlif ölkələrindən olan astronomlar elan ediblər ki, onlar bütün kainatda "arxa fon uğultusunu" yaradan qravitasiya dalğalarının uzun müddətdir nəzə...