İlham Əliyevin Sülh Şurasının iclasında iştirakı Azərbaycanın geosiyasi mövqeyinin daha da gücləndiyini təsdiqləyir - RƏY
Prezident İlham Əliyevin Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirakı və ABŞ Prezidentinin Azərbaycanla bağlı xoş sözləri ölkənin regional gücü və geosiyasi mövqeyinin daha da gücləndiyini təsdiqləyir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Sülh Şurası özündə həm də dünyanın aparıcı iqtisadi gücünü birləşdirir:
"Bu, sadəcə həmin şurada ABŞ-nin təmsil olunması deyil, həmçinin qurumun genişlənməsi ilə bağlıdır. Alıcılıq qabiliyyəti indeksi nəzərə alınmaqla Sülh Şurasına üzv olan dövlətlərin birgə ÜDM-lərinin həcmi 54,4 trilyon dollardır. Bu da dünya iqtisadiyyatının üçdə biri deməkdir. Deməli, söhbət 50 trilyon dollardan artıq iqtisadiyyatı olan dövlətlərin iclasından gedir".
V.Bayramov bildirib ki, Azərbaycanın yüksək səviyyəli iclasa dəvət olunması ölkəyə olan xüsusi diqqətin göstəricisidir:
"Yeni dünya düzəninin formalaşması mərhələsində regionda müşahidə edilən siyasi katakalizmlərə rəğmən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirməklə yanaşı, ölkəmizi regional "orta güc" dövlətinə çevirib. Çoxvektorlu xarici siyasət Azərbaycanın Qərb və Şərqlə tərəfdaşlığını gücləndirərək regional təhlükəsizliyin qorunmasında rolunu daha da artırıb. Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsindən sonra Birləşmiş Ştatlarla Azərbaycan arasındakı münasibətlərin inkişafı müşahidə olunur. Qafqazda sülhə töhfə verməyə çalışan ABŞ ilə ikitərəfli əlaqələrimiz də inkişaf edir".
Milli Məclisin deputatı həmçinin vurğulayıb ki, Azərbaycan Yaxın Şərqdə sülh və stabilliyin əldə edilməsində və qorunub saxlanmasında maraqlı ölkədir:
"Yaxın Şərq dövlətləri ilə əlaqələri son illər daha da gücləndirən Azərbaycan bir sıra region ölkələri birgə layihələr də reallaşdırır. Yeni qlobal və regional düzən fonunda Azərbaycanın geosiyasi mövqeyi daha da güclənməkdədir. Azərbaycanın Sülh Şurasında təmsilçiliyi və Vaşinqtonda keçirilən ilk iclasda iştirakı qlobal sülhün qorunmasına töhfə verən dövlətlərdən olmasından xəbər verir".
Oxşar xəbərlər
Emal edilməmiş almazların rəy olmadan idxalı və ixracına görə cərimələr son oxunuşda qəbul edilib
Milli Məclis emal edilməmiş almazların rəy olmadan idxalı və ixracına görə cərimələri son oxunuşda qəbul edib. BAKU.WS report-a istinadən xəbər verir ki, bununl...