İlham Əliyevin diplomatiyası növbəti uğurunu qazandı - RƏY
"Cənab Prezident İlham Əliyevin uğurunu təmin edən amillərdən biri ondan ibarətdir ki, dövlət başçımızın siyasəti ardıcıl və atdığı addımlar isə məntiqə uyğundur. Bu baxımdan atılan bir addım digər addımın məntiqi davamı olduğu qədər, həm də yürüdülən siyasətdə ziddiyyətli məqamlar yoxdur".
Bunu BAKU.WS-ə açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.
Onun sözlərinə görə, dövlət başçısı illər ərzində elə bir yanaşma ortaya qoyub ki, bu yanaşma sadəcə Qarabağın işğaldan azad edilməsi ilə ərazi bütövlüyü və suverenliyimizin təmininə gətirib çıxarmayıb:
"Həm də bütövlükdə Azərbaycanın mədəni simasının möhkəmləndirilməsinə və Cənubi Qafqazın münaqişələrdən uzaq bir imic qazanmasına xidmət edib.
Şübhəsiz ki, avqustun 8-də cənab Prezident İlham Əliyevin ABŞ-a səfəri və Ermənistanla sülh memorandumunun imzalanması mühüm tarixi əhəmiyyətə malik bir hadisədir. ABŞ dünyanın fövqəldövlətidir. Azərbaycan isə o qədər də böyük əraziyə və əhaliyə malik bir ölkə olmasa da, dövlət başçımızın yürütdüyü siyasət həqiqətən də dünya miqyasında olan siyasətdir.
Yəni, Azərbaycanın ABŞ kimi bir dövlətlə münasibətlərinin son dərəcə müsbət notlar üzərində inkişafı, habelə ABŞ lideri Donald Trampın Azərbaycana, onun Liderinə münasibəti yüksək qiymətləndirilməklə yanaşı, şübhəsiz ki, asan əldə olunmayan bir nəticə idi və bu istiqamətdə cənab Prezident İlham Əliyevin diplomatiyası yenə də öz sözünü deyir".
Siyasi ekspert əlavə edib ki, Azərbaycan Prezidentinin sülh siyasəti artıq öz praktiki nəticələrini verir:
"Çünki region artıq müharibə və münaqişələrdən təmizlənərək yeni reallıqlar üzərində inkişaf edir. Fakt ondan ibarətdir ki, sülh müqaviləsinin beş prinsipi də Azərbaycan tərəfindən müəyyən edildi. Sülh təşəbbüsünü göstərən tərəf də Azərbaycandır və sülh müqaviləsinin məzmunu da Azərbaycana məxsusdur.
Bu prosesdə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi və rolu olduqca mühüm əhəmiyyətə malikdir. Biz tez-tez cənab Prezident İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında yazışmaların, məktublaşmaların şahidi oluruq. Fövqəldövlətin lideri tez-tez cənab Prezident İlham Əliyevə istinad edir. İkitərəfli və çoxtərəfli kontekstdə münasibətlərin inkişaf etdirilməsi qədər, informasiya üzərindən də məlumat mübadiləsinin, habelə əlaqələrin saxlanıldığının şahidiyik. Yəni, təmaslara ara verilmir. Təbii ki, atılan hər bir addım qədər, səsləndirilən hər bir fikir də münasibətlərin davamlı tutulmasına xidmət edir.
Vaşinqtonda imzalanan sənəd tarixi sənəddir. Bu sənəd Azərbaycanla Ermənistan arasında sülhə mühüm töhfə verməklə yanaşı, həm də regiona üstünlüklər gətirir.
TRIPP layihəsi regionun iqtisadi imkanlarının yenidən üzə çıxarılması və dəyərləndirilməsi baxımından olduqca önəmli bir layihədir. Cənubi Qafqazda tarixi ədalət bərpa edildi. Bunun müəllifi Azərbaycan Lideri cənab İlham Əliyevdir. Dövlət başçımız həm də yeni status-kvonun müəllifidir".
Oxşar xəbərlər
Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib
Biz Gürcüstandakı münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan sülh yolu ilə həllinə t...