İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyevin Sərəncamı ilə İlham Bayramov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini təyin edilib.
BAKU.WS xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
Qeyd edək ki, İlham Bayramov 1970-ci ildə Zəngəzur mahalının Qarakilsə rayonunun Urud kəndində anadan olub.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin "Torpaqşünaslıq və aqrokimya" fakültəsinin məzunudur.
Son təyinata qədər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan "Azərbaycan Standartlaşdırma İnstitutu" Publik Hüquqi Şəxsin baş direktoru vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Azərbaycan Məkkə Konvensiyasına qoşulub
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin hüquq-mühafizə orqanlarının korrupsiyaya qarşı mübarizədə əməkdaşlığı haqqında Məkkə Konvensiyasın...