İlham Əliyev Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən digər prezidentlər mayın 15-də Türk Sivilizasiyası Mərkəzinin onlayn təməlqoyma mərasimində iştirak ediblər.
BAKU.WS report-a istinadən xəbər verir ki, dövlət başçılarına Mərkəz barədə bildirilib.
Bildirilib ki, layihə türk xalqlarının zəngin tarixi, mədəni və mənəvi irsinin qorunub saxlanmasına, öyrənilməsinə və təbliğinə yönəlib. Ən qabaqcıl standartlara uyğun inşa ediləcək mərkəzin əsas ideyası türk sivilizasiyasının dünya tarixində özünəməxsus yeri, dərin fəlsəfəsi və dövlətçilik ənənələri olan böyük sivilizasiya olduğunu nümayiş etməkdir.
Sonra "GovTech" rəqəmsal həllərin təqdimatı olub. Qazaxıstanda süni intellektin inkişafı ilə bağlı həyata keçirilən layihələr barədə qonaqlara məlumat verildi. Eyni zamanda qeyd edildi ki, türk dövlətləri arasında, həmçinin bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var.
Qalereya
Oxşar xəbərlər
Ukraynanı WUF13-də Aleksey Kuleba təmsil edəcək
Ukrayna Baş nazirinin müavini, Ərazi və icmaların inkişafı naziri Aleksey Kulebanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlir. BAKU.WS report-a istinad...