İlham Əliyev: Son altı ayda mənim Prezident Trampla iki görüşüm olub
Yeniliklərdən dərhal xəbərdar olun
Son altı ayda mənim Prezident Trampla iki görüşüm olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu fevralın 10-da Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens ilə geniş tərkibdə görüşdə deyib.
"Biz ölkələrimiz arasında münasibətlərə, xüsusilə son altı ayda baş verənlərə yüksək dəyər veririk. Bu müddət bizim tərəfdaşlığımız üçün tamamilə möhtəşəm olmuşdur. Son altı ayda mənim Prezident Trampla iki görüşüm olub. Bu görüşlər və sizin Azərbaycana rəsmi səfəriniz həqiqətən tərəfdaşlığımızı gücləndirmək üçün qarşılıqlı maraq və qarşılıqlı iradənin olduğunu nümayiş etdirir. Bu gün tərəfdaşlığımız rəsmi şəkildə daha yüksək səviyyəyə qalxacaq. Fəaliyyətin həcmi və komandalarımız arasında qarşılıqlı əlaqələr həqiqətən yüksəksəviyyəli tərəfdaşlıq ruhunu nümayiş etdirir.
Sizə yaxşı vaxt keçirməyi arzulayıram və əminəm ki, səfər bizim güclü əməkdaşlığımıza daha bir töhfə olacaq", - Azərbaycan Prezidenti qeyd edib.
Oxşar xəbərlər
"Bu dairədən getməlisən": Xoşqədəm Hidayətqızı Ramiz Mehdiyevlə bağlı illər sonra danışdı
Tanınmış jurnalist və televiziya aparıcısı Xoşqədəm Hidayətqızı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə uzun illər davam etdiyini iddia etd...