İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib
31
avq
2026
10:37
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Erhürmana başsağlığı məktubu göndərib.
BAKU.WS xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Girnə yaxınlığında baş vermiş gəmi qəzası nəticəsində insanların həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!"
Oxşar xəbərlər
Leyla Əliyeva UNESCO-nun baş direktorunun müavini ilə görüşüb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 28-də UNESCO-nun baş direktorunun müavini Asa Regner ilə görüşüb. BAKU.WS AZƏRTAC-a istinadən xə...