İlham Əliyev: "Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyev "Qarabağ" klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda Almaniyanın "Ayntraxt" klubu üzərində 3:2 hesablı qələbə qazanması münasibətilə təbrik edib.
BAKU.WS xəbər verir ki, İlham Əliyev bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.
"Çempionlar Liqasının əsas mərhələsində "Ayntraxt" komandası üzərində parlaq qələbə qazanması münasibətilə Qarabağ futbol klubunu ürəkdən təbrik edirəm! Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı.
Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə Qarabağın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək. Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!", - deyə paylaşımda bildirilib.
Oxşar xəbərlər
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirak...