İlham Əliyev: Laçında Azərbaycan, Türkiyə və Pakistan zirvə görüşünün keçirilməsi rəmzi xarakter daşıyır
Yeniliklərdən dərhal xəbərdar olun
Erməni işğalından azad olunan Laçında Azərbaycan, Türkiyə və Pakistanın Zirvə görüşünün keçirilməsi rəmzi xarakter daşıyır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə Zirvə görüşündə bildirib.
Dövlət başçısı qeyd edib ki, bu üç ölkəni və xalqı birgə tarix, mədəniyyət və dəyərlər birləşdirir:
"Bir-birimizin uğurlarına sevinirik, çətin günlərdə bir-birimizin yanında olmuşuq. Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalətin tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyə və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik".
Prezident vurğulayıb ki, iqtisadi potensialdan istifadə etməklə qarşılıqlı fayda əldə etmək üçün geniş imkanlar var:
"Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyarda ABŞ dollarında çox investisiya qoyub, Pakistan iqtisadiyyatına 2 milyarda ABŞ dolları həcmində investisiya qoymağa hazırdır".
Oxşar xəbərlər
Ceyhun Bayramov TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib
29 oktyabrda xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatı (TDT) Xa...