İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib
Azərbaycan Prezidenti isveçrəli həmkarı Qi Parmölənə təbrik məktubu ünvanlayıb.
BAKU.WS-in məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Biz Azərbaycan ilə İsveçrə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin və əməkdaşlığımızın möhkəmləndirilməsi naminə bundan sonra da birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim rifah və firavanlıq arzulayıram".
Oxşar xəbərlər
İran-Azərbaycan media qarşıdurması: Tehranın yanlış addımları və Bakının adekvat reaksiyası
İran tərəfindən növbəti dəfə Azərbaycana qarşı qeyri-dost münasibətin şahidi olduq. İranın Kəşfiyyat Nazirliyi Azərbaycan mediasına qarşı qərəzli mövqe nümayiş...