İlham Əliyev iki ölkə ilə imzalanmış sənədləri TƏSDİQLƏDİ
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Qeyd edək ki, 2024-cü il noyabrın 15-də Bakı şəhərində imzalanıb.
Bundan başqa, dövlət başçısı "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Vyetnam Baş Statistika İdarəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə fərmanı da imzalayıb.
Xatırladaq ki, bu sənəd 2024-cü il dekabrın 17-də Bakı şəhərində imzalanıb.
Oxşar xəbərlər
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
Ötən gün Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən Türk Dövlətləri Təşkil...