İlham Əliyev: Hərbi-texniki əməkdaşlıq ümidvericidir
Azərbaycanla İtaliya arasında yeni əməkdaşlıq sahəsi olan hərbi-texniki əməkdaşlıq ümidvericidir.
BAKU.WS xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə mətbuata bəyanatlar zamanı deyib.
"Bizim yeni əməkdaşlıq sahəmiz olan hərbi-texniki əməkdaşlıq ümidvericidir", - Prezident bildirib və əlavə edib ki, görüş zamanı bu barədə fikir mübadiləsi aparılıb:
"Birgə layihələrin həyata keçirilməsi, birgə istehsalın təşkil edilməsi, İtaliya texnologiyalarının Azərbaycan maliyyə vəsaitinin birləşməsi ilə əlaqədar konkret fikirlərimiz var. Bu barədə də geniş danışılıb".
Oxşar xəbərlər
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfərə gəlib
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Az...