İlham Əliyev: Ermənistan Zəngəzur dəhlizini bloklamaqda davam edərsə, tranzit ölkəyə çevrilmək şansı sıfıra ya
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Zəngəzur dəhlizini bloklamaqda davam edərsə, tranzit ölkəyə çevrilmək şansı sıfıra yaxınlaşacaq.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunun iştirakçıları ilə görüşündə deyib.
"Təəssüf ki, son beş il ərzində Ermənistan tərəfi (Zəngəzur dəhlizi ilə bağlı- red.) heç bir iş görməyib. Bu məsələ qəsdən gündəmdən çıxarılır. Belə olan halda, Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək imkanı sıfıra yaxınlaşır. Əgər bu prosesi əngəlləməkdə davam etsələr, düşünürəm ki, Ermənistan nəinki hazırkı nəqliyyat təcridindən çıxa bilməyəcək, həm də müəyyən dərəcədə siyasi təcrid vəziyyətinə düşəcək", - Prezident İlham Əliyev bildirib.
Oxşar xəbərlər
Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə rəsmi "Instagram" hesabında paylaşım edib. BAKU.WS həmin paylaşımı təqdim e...