İlham Əliyev elektrik közərmə lampaları ilə bağlı qadağanı TƏSDİQLƏDİ

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
BAKU.WS President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Dəyişikliyə əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən elektrik közərmə lampalarının aşağıdakı tarixlərdən idxalı, istehsalı və satışı qadağandır:
1. 60 Vt və yuxarı gücə malik olan közərmə lampaları 2026-cı il yanvarın 1-dən;
2. 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampaları 2026-cı il iyulun 1-dən.

Oxşar xəbərlər
Azərbaycan XİN: Hindistan və Pakistan arasında mövcud gərginlik narahatıq doğurur
Pahalqamdakı hücumdan sonra Hindistan və Pakistan arasında mövcud gərginlik narahatlıq doğurur. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirl...