İlham Əliyev: Donald Trampın Azərbaycan-Ermənistan sülh gündəliyinin irəli aparılmasında xüsusi rolu var
ABŞ Prezidenti Donald Trampın Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında xüsusi rolu var.
BAKU.WS xəbər verir ki, Prezident bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsi qəbul edərkən bildirib.
Prezident İlham Əliyev Donald Trampla şəxsi münasibətlərinin də yüksək səviyyədə olduğunu deyib.
İlham Əliyev Donald Trampın ikinci dəfə ABŞ Prezidenti seçilməsindən sonra əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini vurğulayaraq, iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və bunun iki ölkə, eyni zamanda, region üçün çox önəmli olduğunu deyib.
Oxşar xəbərlər
Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
Bu gün Azərbaycan milli mətbuatının yaranması günüdür. 151 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Hə...