İlham Əliyev Davosda "DP World" şirkətlər qrupunun sədri və icraçı direktoru ilə görüşüb
 
                            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında "DP World" şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə görüşüb.
BAKU.WS xəbər verir ki, görüşdə "DP World" şirkətlər qrupunun ölkəmizdəki fəaliyyətinin perspektivləri, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaratdığı imkanlar barədə müzakirələr aparıldı. Azərbaycanın regional nəqliyyat qovşağı kimi rolu xüsusi vurğulandı, mümkün əməkdaşlıq istiqamətləri müzakirə olundu.
Qeyd edək ki, "DP World" dünyanın ən böyük liman operatorlarından biridir. Şirkət coğrafi cəhətdən şaxələndirmə baxımından da liderlər sırasındadır.
Hazırda "DP World" dünyanın müxtəlif yerlərində 80-ə yaxın limanın operatorluğu ilə məşğuldur.
***16:24
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında "DP World" şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi məktəbləri üçün yeni musiqi alətləri alınıb....
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                    