İlham Əliyev Belarus Prezidentini təbrik edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 30-da Belarus Prezidenti Aleksandr Lukaşenkoya zəng edib.
BAKU.WS xəbər verir ki, dövlət başçısı Aleksandr Lukaşenkonu ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayıb.
Belarus Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.
Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.
Yüksək səviyyədə təmasların əhəmiyyətinə toxunularaq bu il Belarus Prezidentinin Azərbaycana dövlət səfərinin əlaqələrin daha da möhkəmlənməsi işinə töhfə verdiyi bir daha qeyd edilib.
Dövlət başçıları əməkdaşlığın perspektivlərinə dair və gələcək təmaslarla bağlı fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
Ötən gün Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən Türk Dövlətləri Təşkil...