İlham Əliyev: Azərbaycan vahid Çin siyasətini dəstəkləyir
Azərbaycan vahid Çin siyasətini dəstəkləyir.
BAKU.WS xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 18-də Çinin Dövlət Şurasının Baş nazirinin müavini Can Quoçini qəbul edərkən deyib.
Dövlət başçısı Azərbaycanın vaxtilə separatizmdən əziyyət çəkən ölkə kimi separatizmin bütün forma və təzahürlərini pislədiyini vurğulayıb.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Çinin Tayvan regionunda keçirilmiş qanunsuz seçkiləri nəinki tanımayıb, hətta onun pislənilməsi bəyanatı ilə çıxış edən yeganə dövlətlərdən biri olub.
Dövlət başçısı bu xüsusda vurğulayıb ki, Azərbaycan "vahid Çin" siyasətini daim dəstəkləyir.
Oxşar xəbərlər
İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. BAKU.WS xəbər verir ki, dövl...