İlham Əliyev: Azərbaycan Pakistanla beynəlxalq təsisatlarda bir-birini dəstəkləməkdə davam edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Pakistanla beynəlxalq təsisatlarda bir-birini dəstəkləməkdə davam edəcək.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 24-də Pakistanının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşündə deyib.
Ddövlət başçısı əminliklə ifadə edib ki, səfər ölkələr arasında qardaşlıq əlaqələrini gücləndirəcək.
"Biz beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməkdə davam edəcəyik. Bu gün çox geniş iqtisadi gündəliyi razılaşdırdıq və iqtisadi əməkdaşlığımıza, eləcə də sərmayə imkanlarına aid praktiki layihələri müzakirə etdik. Azərbaycanın Pakistana sərmayələri ilə bağlı imzalanacaq sənədlərin bir ay ərzində hazırlanması məqsədilə artıq öz heyətlərimizə fəal çalışmaq təlimatlarını verdik. Mənim Pakistana dövlət səfərim zamanı rəsmən bəyan etdim ki, Azərbaycan Pakistanda müxtəlif layihələrə minimum 2 milyard dollar sərmayə yatırmağa hazırdır", - Prezident əlavə edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanı TDT-nin Zirvə görüşündə təmsil edəcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pr...