İlham Əliyev: Astanada imzalanan Bəyannamə Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən ilin iyulunda ŞƏT-in Astanada keçirilən 24-cü sammitində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşün yekunlarına dair Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində deyib.
"ÇXR-in Sədri Si Cinpin ilə ikitərəfli görüş əsnasında çıxışımda qeyd etdim ki, qəbul olunan Bəyannamə ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir və bu, böyük nailiyyət, böyük məsuliyyətdir. Astanada görüşümüz zamanı mən Çinə dövlət səfərinə dəvət olundum və bu dəvəti məmnunluqla qəbul etdim. Mən də ÇXR-in Sədrini onun üçün uyğun olan vaxtda ölkəmizə səfərə dəvət etdim. İnanıram ki, yüksək səviyyədə belə səfərlər mübadiləsi dövlətlərarası münasibətlərimizin dərinləşməsi prosesinə əlavə impuls verəcək", - dövlət başçısı qeyd edib.
Oxşar xəbərlər
"Bu dairədən getməlisən": Xoşqədəm Hidayətqızı Ramiz Mehdiyevlə bağlı illər sonra danışdı
Tanınmış jurnalist və televiziya aparıcısı Xoşqədəm Hidayətqızı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə uzun illər davam etdiyini iddia etd...