İlham Əliyev "ASAN xidmət"lə bağlı fərman imzaladı
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Seneqal Respublikasının Dövlət İdarəçiliyi və Dövlət Xidmətlərində İslahatlar Nazirliyi arasında Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında Fərman imzalayıb.
BAKU.WS President.az-a istinadən xəbər verir ki, fərmanla 2025-ci il iyunun 3-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN xidmət") onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Seneqal Respublikası Hökumətinə bildiriş göndərmək həvalə olunub.
Oxşar xəbərlər
Azərbaycan Məkkə Konvensiyasına qoşulub
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin hüquq-mühafizə orqanlarının korrupsiyaya qarşı mübarizədə əməkdaşlığı haqqında Məkkə Konvensiyasın...