İki telekanalın yayımı dayandırılacaq
Azərbaycan Respublikası Audiovizual Şurasının son günlərdə "MTV" və "Dünya TV" kanallarında aşkarlanan pozuntu faktlarına həsr olunmuş videoformatda iclası keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.
Bildirilib ki, 3 fevral 2025-ci il tarixində, saat 21:28-də "MTV" kanalının efirində yayımlanan "Doktor Seyfəddin Əsəd Klinikası"na aid reklam çarxında həmin tibb müəssisəsinin lisenziyasının və ya sertifikatının nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməmiş, bununla da "Reklam haqqında" Qanunun 4.3-cü maddəsinin tələbləri pozulub. Həmçinin, həmin reklam materialında "Dünyada miqren xəstəliyinin müalicəsi yalnız bizdədir" ifadəsindən istifadə olunub və "Reklam haqqında" qanunun 6-cı maddəsinin tələbləri pozularaq, haqsız reklama yol verilib.
Bundan əlavə, 3 fevral 2025-cü il tarixində, saat 19:40-da "Dünya TV" kanalının efirində yayımlanan "Sabirabad Klinikası"na aid reklam çarxında da həmin tibb müəssisəsinin lisenziyasının və ya sertifikatının nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməmiş, bununla da "Reklam haqqında" qanunun 4.3-cü maddəsinin tələbi pozulub.
Müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 39.1.4-cü, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq hər iki televiziya kanalının proqramlarının 7 fevral 2025-ci il tarixində, saat 8:00-11:00 arası 3 saatlıq dayandırılması haqqında müvafiq qərarlar qəbul edib.
Oxşar xəbərlər
Ceyhun Bayramovla türkmənistanlı həmkarı İranın Naxçıvana dron hücumlarını müzakirə edib
Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova zəng vurub. BAKU.WS xəbər ve...