İdmanın inkişafında hədəf təkcə medal deyil, həm də sağlam gənc nəsil yetişdirməkdir

İdmanın inkişafında hədəf təkcə medal deyil, həm də sağlam gənc nəsil yetişdirməkdir
Video
Siyasət 29

Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə bu il idmançılarımızın qazandıqları medalların sayının rekord həddə çatmasını xüsusilə vurğuladı.

Beynəlxalq yarışlarda idmançılarımız 2000-dən çox medal qazanıblar. Bunlardan 600-dən çoxu qızıl medaldır. Başqa sözlə, 2025 idmanımız üçün əsl "qızıl ili" olub.

İlham Əliyev çıxışında qeyd etdi ki, bu, idmanın inkişafının Azərbaycanda uğurla irəlilədiyini göstərir:

"Keçən illə müqayisədə medalların sayı daha çoxdur. Bu, təbiidir, çünki ildən-ilə idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti daha yaxşı nəticələrə gətirib çıxarır"...

Regionlarda Olimpiya kompleksləri tikiləndə bəziləri bunun nəyə lazım olduğunu soruşurdu. Cavab artıq göz önündədir. Bir ildə qazanılan 2000-dən çox medalın arxasında həm də ölkədə Olimpiya İdman komplekslərinin sayının 46-ya çatması faktı dayanır.

Azərbaycanda idmanın inkişafına yönəlik dövlət siyasəti nəticəsini verir. Lakin təkcə idmanda yox, çünki onun məqsədi sadəcə medal qazanmaq deyil, həm də sağlam gənc nəsil yetişdirməkdir.

Dövlət başçısı idmanın tərbiyəvi əhəmiyyətini dəfələrlə vurğulayıb. Həqiqətən də gənclərə vətənpərvərlik ruhunun aşılanmasında idmanın çox böyük önəmi var. Hər dəfə bayrağımız qaldırılanda hamımız qürur hissi keçiririk.

Bayrağımızı idman meydanlarında qaldıran gənclər daha sonra onu eyni uğurla Vətən müharibəsində döyüş meydanında da qaldırdılar.

Ətraflı Baku TV-nin videomaterialında:

Son xəbərlər