İcma: Aİ-nin missiyası Qərbi azərbaycanlıların deportasiya edildiyi ərazilərdə fəaliyyət göstərir

İcma: Aİ-nin missiyası Qərbi azərbaycanlıların deportasiya edildiyi ərazilərdə fəaliyyət göstərir
Siyasət 21

Aİ-nin müddəti uzadılmış missiyası Qərbi azərbaycanlıların deportasiya edildiyi ərazilərdə fəaliyyət göstərir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Aİ-nin Ermənistandakı müddəti uzadılmış missiyasının Qərbi azərbaycanlıların deportasiya edildiyi ərazilərdə fəaliyyət göstərirməsi ilə bağlı Qərbi Azərbaycan İcması İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülviyyə Zülfiqar bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqının müddəti daha iki il - 2027-ci il fevralın 19-dək uzadılmış missiyası Qərbi azərbaycanlıların zorla çıxarıldığı ərazilərdə fəaliyyət göstərir.

"Missiya nümayəndələrinin binoklla Azərbaycan sərhədini müşayiət etdiyi məntəqələr Qərbi azərbaycanlıların tarixi ata-baba yurdlarıdır. İnsan hüquqlarına sadiq olduğunu iddia edən Avropa İttifaqına məxsus missiyanın üzərində dayandığı torpaqlardan zorla deportasiya edilən Qərbi azərbaycanlılarla bağlı bir dəfə də olsun, mövqe bildirməyib, açıqlama verməyib, əksinə Azərbaycan tərəfinə qarşı qıcıqlandırıcı hərəkətləri ilə yadda qalıb. Belə olan halda, bu təsisatın missiyasının nədən ibarət olması şübhə altına düşür".

Sözçü Qərbi Azərbaycan İcmasının daha əvvəl də səsləndirdiyi bəyanatlarda Aİ-nin missiyasını ədalətli olmağa, fəaliyyət göstərdiyi ərazilərdən deportasiya olunan azərbaycanlıların geri qayıdışı ilə bağlı mövqe bildirməyə səslədiyini xatırladıb.

"Biz bir daha sözügedən missiyanı regionda stabilliyin pozulmasına yönəlik hərəkətlərdən çəkinməyə və qərbi azərbaycanlıların geri qayıdışı ilə bağlı ədalətli mövqe sərgiləməyə çağırırıq".

Son xəbərlər