Hulusi Akar: “Türkiyə Cənubi Qafqazda sabitliyə böyük əhəmiyyət verir"
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Cənubi Qafqaz bölgəsində sabitliyə böyük əhəmiyyət verir, burada sülh və əmin-amanlığın təmin olunması üçün səy göstərir.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Kayseri şəhərinin Erciyes Universitetində tədbir zamanı deyib.
"Azərbaycan 30 il işğal altında olan torpaqlarını, Qarabağı 44 gün davam edən əməliyyatlarla Ermənistan işğalından azad edib. Bu müddətdə haqlı mübarizəsində Azərbaycanın yanında olan Türkiyə bundan sonra da "Bir millət, iki dövlət" anlayışı ilə öz qardaşlarının yanında olmaqda davam edəcək", - deyə nazir bildirib.
Oxşar xəbərlər
Türkiyənin milli müdafiə naziri: "Qarabağda atəşkəsin pozulması hallarını yaxından izləyirik"
"İşğaldan azad edilmiş Qarabağ torpaqlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulması hallarını və bununla əlaqədar bütün hadisələri yaxından...