Hulusi Akar: "Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxmalıdır"
Yeniliklərdən dərhal xəbərdar olun
"Ermənistan terror təşkilatları ilə əməkdaşlığı dayandırmalı və Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxmalıdır".
BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikirləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Ermənistanın Azərbaycana hücumları ilə bağlı açıqlamasında ifadə edib.
Dağlıq Qarabağ probleminin dərhal həll olunmasının vacibliyini vurğulayan nazir bildirib:
“Hər zaman və hər yerdə qürurla ifadə etdiyimiz kimi, Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir. Can qardaşlarımızın yanında olduq, bundan sonra da haqlı mübarizəsində sonadək Azərbaycanın yanında olacağıq”.
Oxşar xəbərlər
Aviqdor Liberman: “Beynəlxalq hüquq və İsrailin maraqları baxımından həqiqət Azərbaycanın tərəfindədir”
Dağlıq Qarabağda Ermənistanla Azərbaycan arasında ardıcıl üç gündür ki, şiddətli döyüşlər davam edir. Hərbi əməliyyatlar nəticəsində hər iki tərəfin hərbçiləri...