"Hizbullah" İsrailin 11 hərbi bazasına 320-dən çox raket atıb

Hizbullah İsrailin 11 hərbi bazasına 320-dən çox raket atıb
Siyasət 35

Livanın "Hizbullah" hərəkatı İsrailə doğru 320-dən çox raket atıb. Raketlərin hədəfi ölkədəki 11 hərbi baza olub.

Bu barədə hərəkatın teleqram kanalı məlumat yayıb.

İsrailə raket hücumundan sonra "Hizbullah" hərəkatı Beyrutda hərbi komandir Fuad Şükrünün öldürülməsinə ilkin cavabın verildiyini açıqlayıb.

İsrailin "Ynet News" portalı xəbər verir ki, bütün bunların fonunda İsrailin müdafiə naziri Yoav Qalant növbəti 48 saat ərzində ölkədə fövqəladə vəziyyət elan edib.

Son xəbərlər