"Hizbullah" İsrail ərazisinə 18 raket atıb - Yaralananlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Livanın "Hizbullah" təşkilatının silahlıları sərhəd bölgələrində İsrail ordusunun mövqelərinə və mexanikləşdirilmiş patrullara 18 raket zərbəsi endirib.
BAKU.WS xəbər verir ki, bu barədə "əl-Məyadin" telekanalı məlumat yayıb.
Məlumata görə, Ərəb-Aramşe, əl-Merj və Vadi-Honin əraziləri atəşə tutulub. Raketlərin əksəriyyəti yaşayış olmayan ərazilərə düşüb. Bununla belə, iki yəhudi mühacir yaralanıb.
“The Times of Israel” qəzetinin verdiyi məlumata görə, noyabrın 12-də “Hizbullah”ın yəhudilərin yaşadığı Dovev qəsəbəsini atəşə tutması nəticəsində 17 mülki şəxs yaralanıb.
Oxşar xəbərlər
İsrail Livan sərhədində baş verən qarşıdurmada zabitlərindən birinin öldürüldüyünü açıqladı
İsrail dünən Livan sərhədindən ölkəyə sızan silahlı şəxslərlə qarşıdurmada bir ordu zabitinin öldüyünü açıqlayıb. BAKU.WS xarici mətbuata istinadən xəbər verir...