Hindistanda zavodda baş verən partlayış nəticəsində azı 10 nəfər ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Hindistanın şimalında yerləşən Hapur şəhərində elektronika zavodunda kimyəvi maddənin partlaması nəticəsində azı 10 nəfər ölüb, 22 nəfər yaralanıb.
BAKU.WS xarici KİV-ə istinadla xəbər verir ki, hadisə paytaxt Yeni Dehlidən təxminən 60 km uzaqlıqda yerləşən Dhaulana sənaye obyektində baş verib.
Polis sözçüsü Surendra Sinqin sözlərinə görə, şirkət elektronika avadanlıqlarının istehsalı zavodu olaraq qeydiyyatdan keçib və orada hansı kimyəvi maddələrdən istifadə olunduğu barədə araşdırma aparılır.
Qeyd edək ki, təhlükəsizlik normalarının pozulması, həmçinin hökumət qurumları tərəfindən mütəmadi olaraq yoxlamaların aparılmaması səbəbi ilə Hindistanda bu cür istehsalat qəzaları tez-tez baş verir.
Oxşar xəbərlər
Paşinyan hakimiyyəti Qərb mediasının hədəfində
Janna Kavelye deyir ki, Paşinyan jurnalistləri “qatil”, erməni media məkanını isə “zibilxana” adlandırıb. Amma özü qəzetin baş redaktoru olub. Bu cür düşmənçili...