Hikmət Hacıyev: "Qlobal Cənub ölkələri bütün bu proseslərdə və təşəbbüslərdə fəal iştirak etməlidirlər"
"Qlobal Cənub ölkələri bütün bu proseslərdə və təşəbbüslərdə fəal iştirak etməlidirlər"
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) I Baş Assambleyasında çıxışında deyib.
Prezidentin köməkçisi vurğulayıb ki, həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə Qlobal Cənub ölkələri ilə hərtərəfli əməkdaşlıq mövcuddur:
"Bu əməkdaşlıq müxtəlif sahələr üzrə inkişaf etməyə davam edir. Etiraf etməliyik ki, biz qlobal nizamsızlıq dövründə yaşayırıq. Yeni təhdidlər, çağırışlar və qeyri-müəyyənliklər meydana çıxır. Təəssüf ki, tarix boyu yeni dünya nizamı formalaşarkən Qlobal Cənub masada təmsil olunmayıb. Xüsusilə də İkinci Dünya müharibəsindən sonra Qlobal Cənubun səsi eşidilməyib. Dünya Qlobal Cənub ölkələrinin iştirakı, cəlbi və fəal mövcudluğu olmadan formalaşdırılıb. Hazırda isə böyük potensialını və dünya əhalisinin 80 faizinin Qlobal Cənub ölkələrində yaşadığını nəzərə alaraq, biz yalnız formalaşmaqda olan yeni dünya nizamının müşahidəçisi və tamaşaçısı ola bilmərik. Qlobal Cənub ölkələri bütün bu proseslərdə və təşəbbüslərdə fəal iştirak etməlidirlər".
Oxşar xəbərlər
Azərbaycanın 9 şəhərində keçirilən WUF13 festivallarında 115 mindən çox insan iştirak edib
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) ərəfəsində ölkə ictimaiyyətinin məlumatlandırılması məqsədilə Azərbaycanın müxtəlif şəhərlərində WUF1...