Hikmət Hacıyev: “Ağdam-Əsgəran-Xankəndi yolu bütün lazımi yüklərin daşınması üçün açıqdır”
Yeniliklərdən dərhal xəbərdar olun
“Ağdam-Əsgəran-Xankəndi yolu bütün lazımi yüklərin daşınması üçün açıqdır”.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb.
"Ağdam-Əsgəran-Xankəndi yolu hazırdır, fəaliyyət göstərir və bütün lazımi yüklərin daşınması üçün açıqdır. Ağdamla Xankəndi arasında cəmi 23 km məsafə var. Diplomatik korpus və beynəlxalq media nümayəndələri ilə birlikdə yoldayıq və Əsgərana tərəf baxırıq. Azərbaycan divarlar yox, yollar çəkir!”,- o qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...