Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni terminal kompleksi inşa ediləcək
Heydər Əliyev Beynəlxalq Hava Limanı keçən il rekord sayda - yeddi milyondan çox sərnişin daşıyıb. Nazirlik (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi - red.) tərəfindən aparılan təhlil göstərir ki, bu rəqəm daha da artacaq və təklif verildi ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni terminal kompleksi inşa edilsin. Mən də öz dəstəyimi verdim.
BAKU.WS xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə deyib.
Dövlətimizin başçısı bildirib: "İndi bu yeni terminal kompleksinin layihəsi və texniki-iqtisadi əsaslandırılması hazırlanır. Artıq buna start verilmişdir və bu da gələcək sərnişinlərin sayını qəbul etmək üçün bizə imkan yaradacaq. Yəni ki, biz, o cümlədən hava nəqliyyatı üzrə beynəlxalq mərkəzə çevriləcəyik".
Oxşar xəbərlər
Ceyhun Bayramov İshaq Darla beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfəri çərçivəsində pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə görüşüb. BAKU.WS xəbər verir ki,...