Həyat yoldaşı kapotun üstündə olduğu halda kilometrlərlə yol getdi - ANBAAN VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə A.O.Ş. (şərti ad) adlı kişi boşanmaq üzrə olduğu arvadı Sevcana (şərti ad) şiddət tətbiq edib.
BAKU.WS xəbər verir ki, hadisə Düzcə bölgəsində baş verib. Boşanma ərəfəsində olan cütlük yeniyetmə övladlarının qəyyumluq məsələsinə görə mübahisə ediblər.
Razılaşa bilmədikdən sonra isə Sevcanın əri oğlunu qaçırtmaq istəyib. Qadın bunun qarşısını almaq üçün avtomobilin ön hissəsindən tutub. Bu zaman Sevcan avtomobilin kapotuna çıxmalı olub.
Əri isə avtomobili sürətlə sürməyə davam edib. Arvadı avtomobilin kaputunda ola-ola A.O.Ş. bir neçə kilometr yol gedib.
Bu an baş verənlər yoldan keçən hadisə şahidləri tərəfindən anbaan görüntülənib.
A.O.Ş. polislər tərəfindən tutularaq bölməyə aparılıb. O, qəsdən adam öldürməyə təşəbbüs maddəsi ilə həbs edilib.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...