Hərbi Prokurorluğun rəhbər şəxsləri DSX-nin hospitalını və hərbi hissələrini ziyarət edib
Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 107-ci ildönümü ilə bağlı Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri tərəfindən Dövlət Sərhəd Xidmətinin hospitalında müalicə olunan və hərbi hissələrdə xidmət edən sərhədçilər ziyarət olunub, bayramları təbrik edilib.
Bu barədə BAKU.WS-ə Hərbi Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, ziyarətçilər görüş zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlardan, o cümlədən Silahlı Qüvvələrin formalaşmasından, Vətən müharibəsində əldə olunan möhtəşəm qələbədən, hərbçilərə göstərilən diqqət və qayğıdan bəhs edib, habelə hospitalda müalicə olunan hərbi qulluqçuların müalicə prosesi və hərbi hissələrdə xidmət şəraiti ilə maraqlanıb.
Ardınca, hərbi qulluqçulara bayram hədiyyələri təqdim edilib. Sərhədçilər yaradılan şəraitə, həmçinin göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəla...