Hərbçilərimiz Azərbaycan bayrağını Konya səmasında dağlalandırdı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Konya şəhərində keçirilən “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimində hərbi qulluqçularımız fəal iştirak edir.
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, təlimin növbəti günündə senariyə əsasən qəzaya uğramış aviasiya vasitəsi ekipajlarının yerinin müəyyənləşdirilərək xilas olunması məqsədilə axtarış-xilasetmə əməliyyatları icra edilib.
Təlimə cəlb olunan pilotlarımız Mi-17 helikopteri ilə koordinatlar əsasında müəyyən edilən əraziyə eniş edib. Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları isə qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirirərək, ekipaj üzvlərini ərazidən təxliyyə edib.
Paraşüt hazırlığı üzrə keçirilən növbəti məşqlərdə də şəxsi heyət tərəfindən müxtəlif tapşırıqlar icra olunub. Üçrəngli Azərbaycan bayrağı Konya səmasında dağlalandırılıb.
Təlim iyunun 4-dək davam edəcək.
Qalereya
Oxşar xəbərlər
“Anatolian Phoenix-2021” təlimində növbəti mərhələnin tapşırıqları icra olundu – FOTO
Türkiyənin Konya şəhərində “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimi davam edir. Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib....