Hər kəsi dəhşətə gətirən qorxunc görüntülər sosial medianı alt-üst etdi - VİDEO
31
iyl
2019
10:57
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkənin Türkiyə seqmentində izləyiciləri dəhşətə salan görüntülər böyük etirazlarla qarşılanıb. BAKU.WS xəbər verir ki, İstanbulun Bakırköy ərazisində yerləşən binada qadın pişiyi qovub binadan çıxarmaq istəyir. Bu anda bloka daxil olan qadın qapını zərblə itələyib bağlayır. Digər qadının əlindən qaçıb canını qurtarmaq istəyən pişik içəri girən qadının bağladığı qapının arasında sıxışıb qalır. Pişiyin çığırtısına baxmayaraq qadın geri qayıdıb zavallı heyvanı qapının arasından çıxarmır. Pişiyi qovan qadın da eyni addımı atır. O da başı qapının arasında qalan heyvanı xilas etmək əvəzinə onu ölümlə üz-üzə qoyub geri dönür.Nəticədə pişik əzab çəkərək ölür. İnsanlığa ləkə olan və hər kəsi dəhşətə gətirən qorxunc səhnə blokda quraşdırılan müşahidə kamerasına anbaan görüntülənib. Sosial mediada paylaşılan video böyük etirazlarla qarşılanıb.Aysel
Qalereya
Oxşar xəbərlər
Bakıda özünü binadan atmaq istəyən qız son anda belə xilas edildi – VİDEO
Ötən gün Bakının Xətai rayonunda intihara cəhd edən qadın Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilib.Hadisə şahidlərinin BAKU.WS-ə ver...