Henrix Mxitaryanın bacısı Qarabağla bağlı paylaşımlarını sildi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliyanın “Roma” klubunda çıxış edən futbolçu Henrix Mxitaryanın bacısı və agenti, UEFA-da çalışan Monika Mxitaryan “Twitter”dəki paylaşımı ilə diqqət çəkib.
O, Dağlıq Qarabağla bağlı müxtəlif paylaşımlar edərək guya həmin ərazilərin tarixi erməni torpaqları olduğunu iddia edib.
UEFA əməkdaşının belə yanaşması ən azı Avropa futbol qurumunun əməkdaşları üçün mövcud olan daxili davranış qaydalarına zidd sayılmalıdır.
AFFA-nın müraciətindən sonra UEFA daxili araşdırmaya başlayıb və nəticədə UEFA üzvü olan Monika Mxitaryan müvafiq paylaşımlarını silib.
Bundan başqa, Henrix Mxitaryanın özü də şəxsi sosial şəbəkə hesablarında dəfələrlə qondarma “Dağlıq Qarabağ Respublikası” barədə paylaşımları, separatçı rejimi tanımaq barədə dünya ictimaiyyətinə mesajlar ünvanlayıb.
AFFA bununla bağlı İtaliya Futbol Federasiyası, FIFA, UEFA və futbolçunun səfiri olduğu UNICEF təşkilatına müvafiq qaydada məktublar ünvanlanıb.
Daha ətraflı Baku TV-nin videosüjetində:
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...