“Həmzə” diviziyasının komandiri Azərbaycana gələcəkləri ilə bağlı xəbəri təkzib etdi - FOTO

Son günlər xarici mediada və bəzi sosial şəbəkə profillərində guya Suriyadan Azərbaycana döyüşçülərin gətirilməsi barədə yayılmış məlumatlar növbəti dəfə təkzib olunub.
Məşhur türkiyəli jurnalist Levent Kemal bununla bağlı xəbər paylaşıb.
Şəxsi “Twitter” hesabından açıqlama yayan jurnalist qeyd edib ki, Azərbaycana cəlb olunacağı iddia olunan “Həmzə” diviziyasının komandiri ilə danışıb:
“Həmzə” diviziyasının komandiri Seyf Əbubəkr ilə danışdım. O, briqadasının döyüşçülərinin Azərbaycana gətirilməsi ilə bağlı məlumatları təkzib etdi. Türk ordusuna yaxın mənbələr də bunu inkar edirlər”.
Qalereya
Oxşar xəbərlər
Hərbçilərimizin baş kəsmə videosu saxta çıxdı
Cəbhədəki məğlubiyyətlərini həzm edə bilməyən düşmən tərəfi indi də sosial şəbəkələr vasitəsilə Azərbaycana hücuma keçməyə başlayıb. Ermənilər sosial şəbəkələri...