HƏMAS-ın yeni lideri Sinvardan yeni atəşkəs təklifi

İsrail və HƏMAS arasında atəşkəsə nail olmaq üçün səylərin davam etdiyi bir vaxtda HƏMAS-ın yeni lideri Yəhya Sinvar Qəzzada müharibəyə son qoyacaq atəşkəs razılaşması hazırlayıb.
BAKU.WS "haberler.com"a istinadən xəbər verir ki, HƏMAS liderinin atəşkəs təklifi Misir və Qətərin vasitəçiliyi ilə İsrailə çatdırılıb.
Buna qədər Fələstin tərəfi İsrail həbsxanalarında saxlanılan HƏMAS üzvləri də daxil olmaqla, qadın və uşaq məhbusların azad olunmasını açıqlamışdı.
Qeyd edək ki, ABŞ rəsmilərindən də İsrail tərəfinə regional müharibədən qaçmaq üçün razılıq əldə olunması mesajı verilib.
Oxşar xəbərlər
Yəhya Sinvar HƏMAS-ın siyasi bürosunun yeni rəhbəri seçilib
Fələstinin Qəzza zolağındakı HƏMAS radikal hərəkatının lideri Yəhya Sinvar təşkilatın Siyasi Bürosunun rəhbəri vəzifəsinə seçilib. "Report"un məlumatına görə, m...
