HƏMAS girov saxladığı ABŞ-nin iki vətəndaşını azad edib

20
okt
2023
22:47
Fələstinin radikal “HƏMAS” hərəkatı bildirib ki, onun silahlı qanadı “İzzəddin əl-Qəssam” briqadaları İsrailə hücum zamanı girov götürülmüş iki ABŞ vətəndaşını azad edib.
“Report” xəbər verir ki, bu barədə hərəkatın teleqram kanalında yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, azad edilən ana və onun qız övladıdır.
İsrail ordusunun məlumatına görə, “HƏMAS” Qəzza zolağında 203 mülki vətəndaşı girov saxlayır.
Oxşar xəbərlər
İsrail BMT-dən üzr istəməsini tələb edib
İsrail HƏMAS-ın “döyüş maşını” çevrilməsinə imkan verən BMT və Təhlükəsizlik Şurasının bəzi üzvlərindən üzr istəməsini tələb edib. “Report” xəbər verir ki, bu b...