Həlimə Yaqub İlham Əliyevi təbrik etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Sinqapur Respublikasının Prezidenti Xanım Həlimə Yaqub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
BAKU.WS xəbər verir ki, təbrikdə aşağıdakılar qeyd edilib:
“Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sinqapur xalqı adından Sizə və xalqınıza səmimi təbriklərimi, ölkənizin və xalqınızın rifahı və əmin-amanlığı naminə ən xoş arzularımı çatdırıram. COVID-19 pandemiyasının bütün dünyada yayıldığı bir vaxtda birgə səy göstərilməsinə və daha geniş beynəlxalq əməkdaşlığa zərurət vardır. Sinqapur pandemiyanın təsirinin yumşaldılması, qlobal ticarət və məhsul təchizatı zəncirindəki əlaqələrə dəyən ziyanın azaldılması məqsədilə beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlığı davam etdirəcəkdir”.
Qalereya
Oxşar xəbərlər
4 ölkə prezidenti İlham Əliyevi təbrik etdi
Respublika Günü münasibəti ilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir. BAKU.WS xəbər verir ki, Koreya Respublikasının Prezidenti Mun Ce-i...