Həftəsonu Brüsseldə İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Bu həftəsonu Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüş keçiriləcək.
BAKU.WS sputnik armenia-ya istinadən xəbər verir ki, görüş Brüsseldə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı ilə baş tutacaq.
Məlumata görə, dövlət başçıları sərhədlərin demarkasiyası və minalı ərazilərlə bağlı müzakirələr aparacaqlar.
Qeyd edilib ki, “mübahisəli sərhəddə” növbəti zorakılıq dalğasından sonra vasitəçilik səyləri gücləndirilib. Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında gözlənilən görüşdən əvvəl keçən həftə Vaşinqtonda iki ölkənin xarici işlər nazirləri arasında aparılan danışıqlar da xatırladılıb.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...