Hava nəqliyyatı ilə qlobal yükdaşımalara tələbat rekord həddə azalıb

Hava nəqliyyatı ilə qlobal yükdaşımalara tələbat rekord həddə azalıb
Siyasət 48
2020-ci ildə dünyada hava nəqliyyatı ilə yük daşımalarında azalmanın sürəti 1990-cı ildən bəri rekord həddə olub. Azalma illik ifadədə 10,6% təşkil edib.BAKU.WS xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) yaydığı məlumatda bildirilir.Assosiasiyanın baş direktoru Aleksandr de Junyakın sözlərinə görə, hava nəqliyyatı ilə yükdaşımalar sərnişindaşımalarla müqayisədə böhrandan daha yaxşı çıxa bilir: "2020-ci ildə bir çox aviaşirkət üçün tələbatın azalmasına baxmayaraq, hava nəqliyyatı ilə yükdaşımalar mühüm gəlir mənbəyi çevrilib".O əlavə edib ki, ölkələr koronavirusun yayılmasının qarşısını almaq məqsədilə səyahətləri məhdudlaşdırmağa davam etdiyindən 2021-ci il də aviasiya sənayesi üçün çətin olacaq.IATA-nın göstəricilərinə görə, ən böyük azalma Latın Amerikası (21,3%), Avropa (16%) və Asiya-Sakit okean regionu ölkələrində (15,2%) qeydə alınıb. Yaxın Şərqdə azalma 9,5% olub, Afrika və Şimali Amerikada isə müvafiq olaraq 1% və 1,1% artım qeydə alınıb.

Oxşar xəbərlər

Gələn il bu tarixlərdə Ay və Günəş tutulmaları olacaq

Gələn il bu tarixlərdə Ay və Günəş tutulmaları olacaq

Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2021-ci ildə gözlənilən Günəş və Ay tutulmalarının vaxtını təqdim edib....

179 Siyasət 15:08 03 dekabr 2020

Son xəbərlər