Hatayda baş verən zəlzələdə həyatını itirənlər belə anıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
6 fevral 2023-cü il tarixində mərkəzi Kahramanmaraş olan zəlzələdə həyatını itirənlər üçün Hatay Mustafa Kamal Universitetində anım proqramı təşkil edilib.
BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Atatürk Konfrans Salonunda keçirilən proqram İstiqlal Marşının oxunmasından sonra Qurani-Kərimdən ayələr səsləndirilib. Hatay Mustafa Kamal Universitetinin rektoru Veysel Eren zəlzələlərdə həyatını itirənlərə Allahdan rəhmət diləyib.
Zəlzələlərdə 96 universitet işçisini və 276 tələbənin həyatını itirdiyi bildirilib.
Daha sonra zəlzələdə həyatını itirən universitet əməkdaşlarının və tələbələrin fotoşəkilləri ilə yaradılmış videoçarx izlənilib.
Proqramdan sonra zəlzələ qurbanlarının xatirəsinə hazırlanmış şarlar səmaya buraxılıb.
Oxşar xəbərlər
“Əsrin fəlakəti”ndən bir il ötür - FOTO
Türkiyədə həyatın saat 04.17 radələrində durduğu vaxt... BAKU.WS xatırladır ki, Türkiyədə 6 fevral 2023-cü ildə mərkəzi Kahramanmaraş olan və 11 vilayətdə baş v...