Hatay bələdiyyə sədri danışdı, aparıcı canlı yayımda göz yaşlarını saxlaya bilmədi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin "Habertürk" kanalında yayımlanan "Teke Tek" proqramının canlı yayımına Hatay şəhərinin bələdiyyə sədri Lütfü Savaş qoşulub.
BAKU.WS xəbər verir ki, Lütfü Savaş şiddətli zəlzələdən sonra şəhərdəki acınacaqlı vəziyyətlə bağlı danışıb.
Bələdiyyə sədrinin açıqladığı rəqəmlər və dağıntılarla bağlı məlumatlar aparıcı Fatih Altaylını göz yaşlarına boğub.
"Hazırda çöldə 2-3 dərəcə isti var. Yağış var. İnsanlar soyuqdan ölə bilər. Hatayda vəziyyət çox pisdir. Təəssüf ki, həm həyatını itirən, həm də dağılan bina problemimiz var. 1200-ə yaxın bina dağılıb. Öz imkanlarımızla insanları xilas etməyə çalışırıq. Texnikalardan çox istifadə edə bilmirik, çünki dağıntılar altında olanlara zərər verə bilərik", - deyə Lütfü Savaş əlavə edib.
Oxşar xəbərlər
Türkiyədə azərbaycanlı ana və qızı dağıntılar altından xilas edilib - FOTO
Türkiyənin güclü zəlzələnin baş verdiyi Hatay şəhərinin Antakya rayonunda azərbaycanlı Sevda Əliyeva və qızı Nəzrin Əlizadə dağıntılar altından xilas edilib. Re...